La Liqanın 35-ci turunda “Altetiko”ya qarşı matçda (2:1) zədələnərək meydanı vaxtından əvvəl tərk edən “Barselona”nın hücumçusu Lionel Messinin durumu bəlli olub.
Qol.Az-ın Kataloniya klubunun saytına istinadən yaydığı xəbərə görə, “Barselona”nın həkim korpusu ayağından zədə alan Messiyə diaqnoz qoyub. Həkimlərin rəyinə əsasən, argentinalı 2-3 həftə futboldan kənarda qalacaq. Bu isə o deməkdir ki, artıq bu mövsüm Messi üçün vaxtından əvvəl başa çatıb.
Xatırladaq ki, İspaniya çempionatında klub hələ üç oyun keçirməlidir.