PULKÖÇÜRMƏLƏR BU QURUMUN NƏZARƏTİNDƏKİ SİSTEMLƏ HƏYATA KEÇİRİLƏCƏK
Rusiyadan аzərbaycanlıların əsas pul köçürmələri bundan sonra «Blizko” sistemi vasitəsi ilə həyata keçiriləcək. AZNEWS.AZ-a bu barədə məlumat Moskvadakı mənbələrdən daxil olub. Mənbənin dediyinə görə, “Blizko” pul köçürmə sistemi Rusiyada ən unikal və universal sistemlərdən biridir.
Bu sistemin rəhbərliyinə ruslar daxil olsa da, “Blizko”nun gerçək sahibi Süleyman Kərimovla hazırda Dağıstan prezidentinin səlahiyyətlərini icra edən, “Milyarderlər İttifaqı”nın üzvü Ramazan Abdulatipovdur.
Mənbənin dediyinə görə, Rusiyanın demək olar ki, bütün iri banklarında, hətta regional banklarda belə bu sistemlə pul köçürmələri mümkündür.
Bu sistemlə tariflər də ucuzdur. 100 dollar köçürmə üçün cəmi 2 dollar pul tutulur. Məlumata görə, mayın 1-dən banklara gəlib Azərbaycana pul köçürmək istəyən həmvətənlərimiz məhz bu sistemlə pul köçürməyə məcbur olacaqlar. Çünki bu sistemdən həmin pulun mənbəyi haqda heç kimə, hətta Azərbaycan tərəfə də məlumat verilmir, pul köçürənlərin kimliyi məxfi saxlanılır. Banklara gələn azərbaycanlılar pasportlarını təqdim etdikdə, onlara məhz “Blizko” təklif ediləcək.
Mənbənin dediyinə görə, bütün bu məqamlar “Milyarderlər İttifaqı”nın əksər üzvləri ilə razılaşdırılıb. Rusiya Azərbaycan təşkilatları İttifaqının üzvləri artıq regiondakı nümayəndəliklərinə bu barədə göstəriş də veriblər.