“Barselona” futbol klubunun xavbeki Sesk Fabreqas qız atası olub. ANS PRESS-in verdiyi xəbərə görə, bu barədə ingilis mətbuatı xəbər yayıb.
Uşağın futbolçunun komandasının heyətində PSJ ilə oynadığı vaxtda doğulduğu bildirlir. Oyundan dərhal sonra Fabreqas özünü xəstəxanaya çatdıraraq körpəyə və anaya baş çəkib. Yeni doğulan uşağın adını Liya qoyublar.
Futbolçunun ərəb oliqarxı Eli Taktuninin arvadı Daniella Semaan ilə eşq yaşadığı çoxdan məlum idi. Bu, 37 yaşlı xanımın üçüncü övladıdır. Onun ərəb milyonçusundan daha iki övladı var. Bu söz-söhbət çıxdıqdan sonra o, ərəb milyonçusu ilə boşanıb.
Futbolçuyla gizli eşq yaşamasına baxmayaraq, Daniella Semaan Londonda çox hörmətli xanımlardan sayılır.