Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Türkiyə Superliqasının son turunda hakimi təhqir etdiyinə görə 9 oyunluq diskvalifikasiya cəzası alıb. Onun köməkçiləri Həsən Şaş iki, Umit Davala isə 1 oyunluq cəzalandırılıblar. “Qalatasaray”ın futbolçusu Səbri Sarıoğlu da bir oyun buraxmalı olacaq.
Beləliklə, Ftih Terim Türkiyə Superliqasının şazırkı mövsümünün son altı, eləcə də, gələn mövsümün ilk üç oyununda komandaya rəhbərlik edə bilməyəcək. Baş məşqçi oyunu xüsusi ayrılmış yerdən izləycək.