Türkiyə mətbuatı offşor şirkətləri ilə bağlı OffshoreLeaks sənədlərinə geniş yer ayırıb. Musavat.com-un “Milliyet”ə istinadən verdiyi məlumata görə, hər şey Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumunun poçt ünvanına gələn diskdən başlayıb. Kim tərəfindən göndərildiyi bilinməyən diskdə 250 gigabayt həcmində yazışma və sənədlər olub. Jurnalistlər diski araşdırmağa başlayıblar və dünyanın bəlkə də ən böyük qəzetçilik olayı ilə qarşı-qarşıya olduqlarını anlayıblar. Sənədlərdə 170 ölkədən 130 mindən çox milyarder, siyasətçi, sənətçinin, onların ailə üzvlərinin dünyanın dörd bir yanındakı offşor banklardakı hesabları və vercidən yayınmaq üçün qurduqları şirkətlər barədə məlumatlar yer alır. Dərhal 40 ölkədən 86 jurnalistin daxil olduğu qrup yaradılıb. Qrup 15 ay ərzində əllərindəki milyonlarla sənədi araşdırıb və sonda bombalar araşdırmağa başlayıb. Sənədlərdə Azərbaycan prezidenti İlham Əliyev və ailəsinin də adı keçir. Sənədlərə görə, hakim ailə üzvlərinin Virciniya adalarında qurulan offşor şirkətlərini Azərbaycanda 4,5 milyard dollarlıq inşaat tenderinin qalibi olan iş adamı Həsən Gözəl (Hassan Gozal) idarə edir.
Sənədlərdə Rusiya, Kanada, Pakistan, Filippin, Tayland, Monqolustan və s. ölkələrin rəsmilərinin və ailələrinin də sərvətlərini gizlətmək üçün “pul cənnətləri”nə üz tutduqları bildirilir.
musavat.com