Milli Demokratiya Institutu baş prokuror Zakir Qaralovun qurumun Azərbaycandakı fəaliyyəti ilə bağlı ABŞ səfirliyinə göndərdiyi məktuba cavab verib. Məktubda institutun Azərbaycandakı fəaliyyəti ilə bağlı mətbuatda gedən xəbərlərin uydurma olduğu deyilib. Bu barədə MDİ-nin mətbuat xidmətindən “Qafqazinfo”ya daxil olan bəyanatda deyilir. Qeyd edək ki, bəyanatın mətnini qurumun Azərbaycandakı nümayəndəliyinin rəhbəri Aleks Qriqoryevs də özünün Facebook səhifəsində paylaşıb. Bəyanatda deyilir:
“Azərbaycan mətbuatında Milli Demokratiya İnstitutunun fəaliyyəti və onun proqramlarının məqsədi ilə bağlı uydurmalara əsaslanan məqalələr və pis niyyətli təbliğatlar davam etməkdədir. Bu hesabatlar tamamilə əsassızdır.
“Yalanı yenidən-yenidən təkrar etmək onu həqiqət edə bilməz”- deyə MDİ-nin prezidenti Kenneth Vollack bildirib.
MDİ və onun yerli partnyorları vətəndaş cəmiyyəti təşkilatlarına, gələcəyin gənc liderlərinə və digər vətəndaşlara öz cəmiyyətlərinin inkişafı naminə hakimiyyətin yerli orqanları ilə sülh və konstruktiv şəkildə əməkdaşlıq etməyə yardım edib.
Onlar yollar, işıq, kommunal xidmətlər, parklar kimi yerli infrastrukturun yaxşılaşması üçün dialoqa qurmağa kömək edir və vətəndaşlara siniflər kitab klubları, sosial kampaniyalar, həmçinin ekoloji layihələr şəklində imkanlar yaradırlar.
İnstitut həmçinin ATƏT-in prinsiplərinə uyğun şəkildə, Azərbaycan vətəndaşlarının heç bir partiyanı dəstəkləmədən siyasi proseslərin bütövlüyünü qorumaq üçün seçkilərə daxili müşahidəçilik etmək səylərini dəstəkləyir.
MDİ bu fəaliyyət sahələrində Azərbaycan hökuməti ilə şəffaf olub. Faktdır ki, Azərbaycanın İdman və Gənclər Nazirliyi MDİ-nin proqramlarında iştirak etmək bir çox gənci irəli sürüb.
MDİ-nin Bakı ofisi və onun nümayəndələrinin əldə etdiyi bütün gəlirlər bu məqsədlər üçün istifadə edilib və başqa heç bir şey üçün.
MDI Azərbaycan Ədliyyə Nazirliyində qeydiyyatdan keçib. Qeydiyyata uyğun olaraq, MDİ qanunun tələb etdiyi kimi bütün maliyyə hesabatlarını Maliyyə Nazirliyinə təqdim edib.
MDİ yerli qanunvericiliyə tam uyğundur, bura həmçinin maliyyə informasiyaların açıqlanması da daxildir.