“Bəxtiyar Vahabzadə” gəmisi Armada tipli tankerlər seriyasından 6-cıdır
“Palmali” Şirkətlər Qrupuna məxsus “Bəxtiyar Vahabzadə” gəmisi Yalovadakı “Beşiktaş” tərsanəsindən ilk səfərə çıxıb. Yük donanmasını genişləndirən şirkətin bu gəmisi Armada tipli tankerlər seriyasından 6-cıdır.
Qeyd edək ki, “Palmali” dəniz yolu ilə yük daşınmasında böyük paya malik olan şirkətdir.