Azərbaycan Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və iqtisadi əməliyyatlar İdarəsi 2013-cü ilin mart ayında Novorossiysk limanından (Qara dəniz, Rusiya) 159,584 min ton, Supsa limanından (Qara dəniz Gürcüstan) 238,266 min ton, Ceyhan limanından (Aralıq dənizi, Türkiyə) 1 414,761 min ton xam neft ixrac edib.
ARDNŞ-dən «APA-Economics»ə verilən məlumata görə, ümumilikdə, bu ilin yanvar-mart ayları ərzində Novorossiysk limanından 411,339 min ton, Supsa limanından 799,202 min ton, Ceyhan limanından isə 4 586,913 min ton xam neft ixrac edilib.
Ötən ilin eyni dövrü ilə müqayisədə bu il Novorossiysk limanından neftin ixracı 17,2%, Supsa limanından 10,1%, Ceyhan limanından isə 11,3% azalıb
Ümumilikdə, bu ilin ilk rübündə ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsinin xətti ilə neftin ixracı 11,55% azalıb.
Xatırladaq ki, ARDNŞ-in Marketinq və iqtisadi əməliyyatlar İdarəsi tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də ARDNŞ-ə məxsus xam neft həcmlərini əks etdirir.