Türkiyənin tanınmış müğənnisi Kibariye aprelin birinci ongünlüyündə Azərbaycana gələcək. Milli.Az-a daxil olan məlumata görə, onun gəlişi paytaxtımızda təşkil olunacaq toy məclisində iştirak etməklə bağlıdır.
Musiqiçilərsiz qonağımız olacaq Kibariye Bakıda çox qalmayacaq. Onu da əlavə edək ki, son illər bu müğənni Bakı toylarında ən çox görünən türk ulduzları sırasında birincilərdəndir.