Konqo Demokratik Respublikasının şərqindəki Kivu əyalətində sərnişin təyyarəsi qəzaya uğrayıb. ANS PRESS-in “Reuters”ə istinadən verdiyi məlumata görə, qəza nəticəsində 36 nəfər, o cümlədən, 2 Rusiya vətəndaşı həlak olub. Ruslardan biri qəzaya uğrayan təyyarənin pilotu imiş.

Qəzaya uğrayan Fokker-50 təyyarəsinin məxsus olduğu CCA hava yolları şirkəti turizm operatorlarının “qara siyahı”sındadır. Ona Avropa hava məkanına uçuş qadağan edilib. Bu şirkətə məxsus təyyarələrin istismar müddəti çoxdan bitib.

Əyalətin qubernatoru Julyen Paluku biodirib ki, təyyarənin göyərtəsində 40 nəfər olub. Onlardan cəmi 4-ünün sağ qaldığı xəbər verilir.