Erməni qrossmeyster Levon Aronyan musiqi və yemək zövqü barədə müsahibə verib. ANS PRESS-in onun News.am-a müsahibəsindən hissələri təqdim edir.
– Sən caz həvəskarısan. Hansı musiqi xanrında sakitlik tapırsan?
– Mən heç ikimi ayırmayacam. Mənim üçün Con Koltreyn hər şeydir. Onun musiqisinə ibarət edirəm. Deyə bilmərəm, o, hansı musiqini ifa edir. Bunu sən özün hiss etməlisən. Mən fokloru da bəyənirəm. Hansı ölkənin musiqisi olması vacib deyil: Ermənistanın, Afrika ölkələrinin, Türkiyə və ya Azərbaycanın. Əgər sən musiqiçi ilə doğma nəsə tapırsansa, bu, çox gözəldir.
– Levon, sən hər zaman öz xalqında fəxr edirsən. Eyni zamanda, kosmopolitsən. Sən Türkiyə və Azərbaycan musiqisinə qulaq asırsan. Onların mətbəxini sevirsənmi?
– Deməzdim ki, kosmopolitəm. Ermənistanda doğulmağımla fəxr edirəm, özümü erməni sayıram. Eyni zamanda, onunla fəxr edirəm ki, yarlıq və qutulara, adına baxmadan istənilən şeydən zövq ala bilərəm. Musiqini ifa edə və hansı ölkənin mətbəxindən olduğunu söyləmədən kimisə qonaq edə bilərsən. O, bunun haranınkı olduğunu bilmədən zövq ala bilər.
Mən hansısa şeyləri qəbul etmək, hansınısa qəbul etməmək ideyasını tanımıram. Bu bizimdir, o biri onlarınkıdır. Mən qədim tarixi olan xalqımla fəxr edirəm. Biz dünyaya çox şey vermişik. Amma hesab etmirəm ki, buna görə hər zaman müəllif hüquqları tələb etməliyik. Mən hansısa xalqda bunu görəndə anlayıram ki, bu, sivil deyil. Öz mədəniyyətini başqaları ilə bölüşmək yaxşıdır.
Mən tez-tez dostlarıma nədənsə danışıram və ya nəyisə göstərrəm, deyirəm ki, bunu bizimdir, amma onu özümüz yaratdığımızı, ya da başqalarından götürdüyümüzü bilmirəm.