“Azərbaycandakı ən yaxşı büdcəyə malik klubun pulu Şotlandiya Premyer Liqasındakı komandaların büdcəsindən 10-15 dəfə böyükdü”. Bu sözləri “Qəbələ”nin sabiq qapıçısı Qrem Smit deyib.
2011-2012 mövsümündə “Qəbələ”nin formasını geyinən, hazırda isə Şotlandiyanın “Partik Tistle” klubunda çıxış edən qolkiper Azərbaycanda klublara dövlət tərəfindən diqqətin olduğunu bildirib: “Klub rəhbərləri səxavətlidi. Klublara həmçinin dövlət tərəfindən də diqqət ayırırlar”.
Şotland qapıçı Qəbələ barədə də danışıb: “Qəbələ kənddi. Komandanın məşqləri zamanı meydançanın kənarında inəklərin necə otladığını görmək olurdu”.
Fanat.az