“Turan”la oyunda “Xəzər Lənkəran”ın futbolçusu Elnur Abdullayev meydandan qovulub. Buna səbəb futbolçunun komanda yoldaşını təhqir etməsi səbəb olub.
Baş hakim Fariz Yusifov 116-cı dəqiqədə komanda yoldaşını təhqir edən Elnura birbaşa qırmızı vərəqə göstərib. Abdullayevin “Xəzər Lənkəran”ın ehtiyat qapıçısı Kamal Bayramovu təhqir etdiyi deyilir. Lakin bunun hansı səbəbdən baş verdiyi məlum deyil.
Qeyd edək ki, Premyer Liqanın XIV turunda “Kəpəz” azarkeşlərini təhqir edən Kamal AFFA İntizam Komitəsi tərəfindən 3 oyunluq cəzalanıb. Elnuru isə 2 oyunluq cəza gözləyir.
Fanat.az