Rusiyada silahlı insident baş verib.
“Report”un məlumatına görə, bu barədə TASS-a Səhiyyə Regional Departamentinin Mətbuat xidmətində bildirilib.
Məlumata görə, hadisə Tümen vilayətində qeydə alınıb. Maslova kəndində baş verən atışma nəticəsində 3 nəfər xəsarət alıb.
Yaralılardan biri xəstəxanaya yerləşdirilib, daha iki nəfər ambulator müalicə alıb.
Hadisənin təfərrüatı açıqlanmır.