Ötən gün Gürcüstan rəsmiləri bir vətəndaşın koronavirusa yoluxduğunu təsdiqləyib.
“Sputnik Gürcüstan” xəbər verir ki, xəstəliyə yoluxan şəxs İranı tərk edərək, Azərbaycan ərazisindən keçməklə, Gürcüstana daxil olub.
Gürcüstanın Yoluxucu Xəstəliklər Xəstəxanasının direktoru Tengiz Tsertsvadze bildirib ki, 50 yaşlı kişinin müalicəsi infeksiyanın və xəstəliyin ağırlaşmasından asılı olacaq.
“Bu dəqiqəyə qədər onun vəziyyəti qənaətbəxşdir. Hərarəti yoxdur və sətəlcəm xəstəliyi aşkar edilməyib. Hazırda onun intensiv terapiyaya ehtiyacı yoxdur, amma lazım gələrsə, müalicə ilə təmin ediləcək”.
Gürcüstanın Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən verilən məlumatda qeyd olunur ki, koronavirusa yoluxan şəxslə təmasda olan gömrükçülər də karantinə göndərilib.
Gürcüstan vətəndaşı ilə yol yoldaşı olan şəxslər isə Azərbaycanda karantinə yerləşdirilib.