Rusiyanın Kalininqrad vilayətində nənə azyaşlı nəvəsini çoxmərtəbəli binanın pəncərəsindən atmaq istəyib.

Bu barədə MK.ru Rusiya Daxili İşlər Nazirliyinin vilayət üzrə İdarəsinin mətbuat xidmətinə əsasən məlumat yayıb.

Məlumatda bildirilir ki, 47 yaşlı nənə bir yaşlı nəvəsini altıncı mərtəbədən atmaqla hədələyib.

O, bunu 23 yaşlı qızı ilə olan münaqişəyə görə edib.

Hadisə yerinə hüquq-mühafizə orqanları cəlb edilib. Onlar körpə oğlanı həkim nəzarətinə təhvil veriblər. Qadın polis idarəsinə aparılıb.

Загрузка...