Şəmkir rayonunda itkin düşən 17 yaşlı qız tapılıb.
Musavat.com-a verilən məlumata görə, gənc qızı Bakıda tapılıb.
17 yaşlı Xəyalə Həsənova bir neçə gündür Bakıda qalırmış. O tapıldıqdan sonra ailəsinə təhvil verilib.
Qeyd edək ki, Şəmkir sakini, 2002-ci il təvəllüdlü Xəyalə Həsənova dekabrın 6-da rayonun Kür qəsəbəsindəki yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Musavat.com