“Düdelanj” – “Qarabağ” oyununda təxribat törətmiş “First Armenian Front” (FAF) adlı hərəkatın liderindən olan Ervand İsmayılyan həbs olunub.

BAKU.WS erməni KİV-nə istinadən xəbər verir ki, təxribatçı qrupun lideri Finlandiya Ermənistan yığmalarının oyununda etdiyi xuliqanlığa görə məsuliyyətə cəlb edilib.

Bildilir ki, FAF-ın liderlərindən olan erməni təxribatçı türk fanat Veli Peka Hutarinin üzərinə fayer (yanan cism) atdığı üçün stadionda saxlanılıb və dərhal polis idarəsinə aparılıb.

Ervand İsmayılyana 2 həftəlik həbs cəzası verilsə də, üstündən 3 həftə keçib və o, azad olunmayıb.

Qeyd edək ki, Finlandiyada saxlanılan erməni “Düdelanj” – “Qarabağ” oyununda törədilən təxribata rəhbərlik edənlərdən olub.

Загрузка...