Bakıda dəhşət – Kişiyə 40 manat borca görə işgəncə verdilər

Bakıda iki nəfər 42 yaşlı kişini döyərək, ona işgəncə verib.

Hadisə paytaxtın Nəsimi rayonu, Dilarə Əliyeva küçəsi, ev 122, mənzil 4 ünvanında baş verib.

Nəsimi rayon sakini, 1977-ci il təvəllüdlü Həsənov Azər Əliyyə oğlu Rövşən adlı tanışından 40 manat borc alsa da, onu vaxtında qaytara bilməyib. Nəticədə Rövşənin dostu Elmir adlı şəxs Azər Həsənovu mebel daşımağa kömək etmək adı ilə aldadaraq Rövşənin yaşadığı ünvana aparıb.

Həmin ünvanda Elmir və Rövşən Azər Həsənovu dəmir parçası ilə döyərək ona ağır işgəncələr verib.

Faktla bağlı Nəsimi rayon Prokurorluğunda araşdırma aparılır.

Oxu.az

Загрузка...