Son zamanlar açıq-saçıq fotosessiyası ilə gündəm yaradan gənc müğənni Mina Hüseyn “Hər şey daxil”in qonağı olub.

BAKU.WS xəbər verir ki, verilişin aparıcısı Tarix Əliyev (Tolik) ifaçı şəxsi həyatı ilə bağlı sual ünvanlayıb:

“Mina, biz bilirik ki, sənin ürəyinin yarısı kimdədir. Bu şəkilləri çəkdirəndə ondan icazə aldınmı?”.

Mina ciddi münasibət yaşamadığını bildirib:

“Mənim ürəyim özümdədir. Toy olmadı. Mənim hələ 25 yaşım var, ailə həyatı haqqında fikirləşmirəm. Ötən verilişinizdə toy olacaq deməmişdim. Demişdim ki, münasibətimizi hələ o ciddiliyə daşımamışıq. Amma həyatımda biri var. Toy hələ olmayacaq. Çünki o adamla evlənib-evlənməyəcəyimi hələ bilmirəm”.

Загрузка...