Amerikalı repçi Tay-K qətl və silahlı hücumda ittiham olunur.

CNN-in məlumatına görə, məhkəmə onu 55 il həbs cəzasına məhkum edib.

Bundan əlavə, o, 10 min dollar cərimə ödəməli olacaq.

Məhkəmə prosesində repçinin “The Race” trekinə çəkdirdiyi qalmaqallı klipi nümayiş etdirilib. Klipdə yer alan görüntülər Tay-K-nın cinayət işində bir çox məsələlərə aydınlıq salıb.

Belə ki, sözügedən ekran işində repçi əlində silah tutaraq düşməni ölümlə hədələyib. Prokurorun sözlərinə görə, repçinin xüsusiyyətində nələrə qadir olmasına dair ən yaxşı sübutdur.

Tay-K ilk dəfə 2016-cı ilin iyulunda öz dəstəsi ilə 21 yaşlı bir ailə başçısının evinə girib öldürülməsindən sonra həbs olunmuşdu. O zaman repçi 16 yaşında idi. Bu səbəbdən o, ciddi cəzadan canını qurtara bilmişdi.

Reper 2017-ci ilin martında ev həbsindən qaçır və bu müddət ərzində “The Race” adlı mahnını lentə alır.

Trekdə qanundan kənar həyatdan bəhs edilir. Klipin yayıldığı gün repçi yenidən həbs edilir.

Tay-K vaxtından əvvəl azad edilməsi üçün ərizə vermək istəyirsə, ən azı cəzasının yarısını dəmir barmaqlıqlar arxasında keçirməyə məcburdur.

Загрузка...