Türkiyənin İstanbul şəhərində hamilə qadının olduğu avtomobil hücuma məruz qalıb.

BAKU.WS “haberler”ə istinadən xəbər verir ki, hücum Pendik yolunda B.V. və onun hamilə həyat yoldaşı T.V.-nin şəxsi avtomobilinə təşkil olunub.

Belə ki, B.V. maşın sürərkən yandan digər avtomobil onun qarşısına keçərək, ötmə əməliyyatı həyata keçirmək istəyib.

Lakin B.V. ona yol verməyib.

Bundan qəzəblənən həmin maşının sürücüsü avtomobilini saxlayıb, onun nömrəsini çıxardıb. Daha sonra yüksək sürətlə hərəkət edərək, B.V.-nin idarə etdiyi avtomobili arxadan vurub.

Sonra da, maşını cütlüyün avtomobilinin qarşısına çəkərək dayanıb.

Dostu ilə birlikdə maşından düşən qəzəbli kişi qadını və onun yoldaşını söyüb. Onların avtomobilinin şüşələrini qırıb. Bundan sonra, avtomobilin üstünə çıxaraq, onu əzib.

B.V. həyat yoldaşının hamilə olduğunu və bərk qorxduğunu desə də, əsəbi dostlar buna məhlə qoymayıblar.

Polis hadisə yerinə gələnə qədər dostlar ərazidən qaçıblar.

Загрузка...