Nizami rayonunda 26 yaşlı gənc ağır xəsarət alıb.

Oxu.Az-ın məlumatına görə, “Laçın” ticarət mərkəzinin yaxınlığında 1993-cü il təvəllüdlü Vəliyev Elçin Bəşir oğlu naməlum şəraitdə başından ağır xəsarət alıb.

Yaralı təcili tibbi yardım maşını ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb. Qapalı kəllə-beyin travması alan E.Vəliyev reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin məlumata görə, E.Vəliyev küt alətlə döyülərək ağır xəsarət alıb. Hadisə zamanı onun içkili vəziyyətdə olduğu bildirilir.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Загрузка...