Hollivud aktrisası Ancelina Colinin 13 yaşlı qızı Şaylo cinsini dəyişdirməyə hazırlaşır.

Şaylo xarici görkəmcə kişiyə bənzəməsi üçün artıq hormonal preparatlar qəbul etməyə başlayıb.Bred Pitt və  Ancelina Coli onun qərarına qarşı çıxmayıb, əksinə dəstəkləyiblər.  2015-ci ildə Coli qızı üçün xüsusi psixoloq tutub. O zaman gender məsələləri üzrə ekspert Şaylonun uşaq transgender olub-olmamasına qərar verə bilməmişdi.

Ancelina Coli bildirib ki, Şaylo özünü heç vaxt qız kimi hiss etməyib. Onun sözlərinə görə, qızı 3 yaşında ikən ondan saçının qısa kəsdirilməsini və oğlan kimi geyindirilməsini xahiş edirdi.

Ancelina Colinin qızı cinsini dəyişir

Загрузка...