Artıq 28 May hər il Boston şəhərində Azərbaycanlıların Milli Günü kimi qeyd olunacaq.
Medianews.az xəbər verir ki, bu barədə məlumatı Amerikada yaşayan azərbaycanlı Hikmət Qasımzadə yayıb.
O bildirib ki, həftələrlə danışıqdan sonra sonra Boston şəhərinin (City of Boston) meri Marti Valş 28 mayı tanıyan bəyannaməni imzalayıb: “Mer bizləri Cümhuriyyətin 101-ci il ərəfəsində çox sevindirdi. Bütün dəstək olan dostlara təşəkkür edirəm. Gələn il Masaçussets ştatı səviyyəsində bu bəyannamənin alınması üçün əlimdən gələni edəcəyəm”.