Bakıda aparıcının avtomobili qarət edildi - FOTO

“Media FM”in aparıcısı Sona Rəsulovanın avtomobili qarət olunub.

Oxu.Az xəbər verir ki, ötən gecə oğrular Sonanın avtomobilinin yan şüşələrini sındırıblar.

Hadisə Yasamal rayonunun Mətbuat prospekti ərazisində baş verib.

Rəsulova şəxsi “Instagram” hesabında avtomobilinin “bardaçok” hissəsindən siqaretin oğurlandığı barədə məlumat paylaşıb. Aparıcı oğruların ətrafda olan digər avtomobillərə də ziyan vuraraq, soyduğunu yazıb:

“Qonşu ilə 102-yə zəng elədik, gəldilər, sonra gedib polis bölməsində şikayət ərizəsi yazdıq. Gecə avtomobillərin əməlli-başlı soyqırımı olub, “şumlaya-şumlaya” gəliblər. Bir nəfərin maşınında şüşənin ikisini də sındırıblar.

Telefonları oğurlanan kim, saatları, pulqabıları götürülən kim… Həmişə əlimə keçəni “bardaçok”a atıram. Amma “bəxtlərindən” bu dəfə elə bir şey yox idi. Bircə kiminsə maşınımda qalan siqaretini götürüblər. İndi hər yanda kameraların olduğu bir vaxtda, bu nə özbaşınalıqdır? Belə dərd olar?”

Sona Rəsulova Oxu.Az-a hadisə ilə bağlı açıqlama verib.

“Ümumillikdə mənə 150 manat dəyərində ziyan dəyib. Digər avtomobillərin də şüşələrini sındıraraq oradan küllü miqdarda pul oğurlayıblar. Belə oğurluq ilk dəfədir ki, başıma gəlir.

Səhər oyanıb gördüm ki, avtomobilimi bu hala salıblar. Xoşbəxtlikdən avtomobilimdə nə pul olub, nə də bahalı əşya. Yaşadığım ünvanda bu, ilk belə hadisə deyil. Polisə şikayət etmişik. Ümid edirik ki, tez zamanda oğrunu tutacaqlar”.

Загрузка...