Türkiyənin Antalya şəhərində keçirilən MMA üzrə “Fight Night Global” turniri çərçivəsində döyüş gecəsi baş tutub.
Oxu.Az-ın xəbərinə görə, keçirilən yeddi görüş arasında azərbaycanlı idmançı Elnar İbrahimovla pankration, qrapplinq və həvəskar MMA üzrə tacikistanlı dünya çempionu Akmalcon Mamurovun da döyüşü olub.
Yarımyüngül çəkidə (-65,77 kq) mübarizə aparan idmançımız yekunda hakimlərin qərarına əsasən qalib elan edilib. Bu, Elnarın peşəkar MMA karyerasında 20-ci döyüşü olub. O bunlardan 16-da qalib gəlib.