Ötən bazar günü Şri-Lankada törədilən terror hücumları nəticəsində 30 əcnəbi vətəndaşın öldüyü bildirilir.
14 əcnəbi itkin düşüb, 17 nəfər də xəsarət alaraq paytaxt xəstəxanalarına yerləşdirilib.
RİA-Novosti xəbər verir ki, Banqladeş, Fransa, Yaponiya, Niderland, Portuqaliy, İspaniyanın hər birindən 1, Çin, Türkiyə, ABŞ, Avstraliya, Səudiyyə Ərəbistanının hər birindən 2, Böyük Britaniyadan 6, Hindistandan 8 nəfər terrora qurban gedib.
Habelə ikili vətəndaşlığı olan 4 nəfər partlayışlar zamanı həlak olub.
Qeyd edək ki, aprelin 21-də Şri-Lankada kilsə və otellərdə baş verən partlayışlar nəticəsində ölənlərin sayı 215-ə çatıb. Şri-Lanka prezidenti ölkədə törədilən silsilə terror hücumları fonunda fövqəladə vəziyyət rejimi tətbiq etməyə hazırlaşır. Fövqəlatə vəziyyətin aprelin 23-də gecə yarısı qüvvəyə minəcəyi bildirilir.