Avropalı milyarder Şri-Lankada üç övladını itirdi - FOTO

Pasxa bazarı Şri-Lankada törədilən silsilə partlayışlar nəticəsində həlak olanlar arasında Danimarkanın ən zəngin vətəndaşının üç övladı da yer alır.

Oxu.az-ın xəbərinə görə,bu barədə “Life” xəbər verir.

46 yaşlı Anders Holç Povlsen – “Bestseller” mağazalar şəbəkəsinin sahibi və “Asos” şirkətinin əsas səhmdarıdır.  Onun varidatı 5,2 milyard avroya yaxındır.

Bu yaxınlarda Povlsen ölümündən sonra bütün əmlakını övladlarına miras qoymağı planlaşdırdığını bildirmişdi.

Faciədən bir neçə gün qabaq milyarderin qızlarından biri  sosial şəbəkədə qardaşı və bacıları ilə birlikdə hovuz qarşısında çəkdirdiyi şəkli paylaşmışdı.

Загрузка...