Azərbaycanda baş verən dəhşətli qəzanın görüntüləri yayıldı – VİDEO, 18+

Dünən Şəmkir rayonunda baş verən yol qəzasının görüntüləri yayılıb.

“Report”un Qərb mərkəzinin məlumatına görə, hadisə Bakı-Qazax avtomobil yolunun rayonun Könüllü kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, “Mercedes-Benz” və “VAZ-2107” markalı minik avtomobilləri toqquşub. Nəticədə 1 nəfər ölüb, 3 nəfər xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Загрузка...