Norveç sahillərində əlverişsiz hava şəraitində “Viking Sky” adlı kruiz layneri qəzaya uğrayıb.

REN TV-nin məlumatına görə, gəminin sərnişinləri helikopter vasitəsi ilə təxliyyə olunub.

İçərisində 1,3 min sərnişin olan gəmidən hələ ki, 100 nəfərin təxliyyə edildiyi bildirilir.

6-8 metr hündürlüyə malik dalğalar xilasetmə işlərini çətinləşdirir.

Gəminin mühərrikində problem yaranması və xilasetmə işlərinə 2 helikopter ayrılması barədə məlumat verilib.

Загрузка...