“Ərimi əlimdən alıb, özünə “Porsche” aldırıb…” – Məşhur azərbaycanlı müğənni haqqında şok iddia (VİDEO)

“Xəzər” telekanalında müğənni Aysel Əlizadə barədə ittihamlar səsləndirilib.

Minval.info xəbər verir ki, verilişə qatılan qadın müğənni Aysel Əlizadənin onun ərini əlindən aldığını iddia edib. O deyib ki, 48 yaşlı əri Ayselə görə 2 uşaqla onu boşayıb.

Hətta müğənniyə  bahalı maşını da keçmiş həyat yoldaşı alıb. A. Əlizadənin onun keçmiş ərində olan qızı ilə şəkli də var.

“Ərimi əlimdən alıb, özünə “Porsche” aldırıb…” – Məşhur azərbaycanlı müğənni haqqında şok iddia (VİDEO)

Qeyd edək ki, 2017-ci ildə mətbuatda müğənninin avtomobil alqı-satqısıyla məşğul olan, bu sahədə məşhur bir şəxslə münasibətdə olduğu haqda xəbər yayılıb. Həmin şəxsin müğənniyə son model “Porsche” avtomobili və digər bahalı hədiyyələr aldığı bildirilib. 45 yaşlı daha çox “Yetim” ləqəbi ilə tanınan həmin şəxsin adının Elçin olduğu deyilir.

Загрузка...