Bakıda 22 yaşlı müəllimə qəfil öldü – FOTO

Bakıda orta məktəbdə çalışan gənc müəllimə qəfil dünyasını dəyişib.

BAKU.WS xəbər verir ki, hadisə martın 4-də qeydə alınıb. Belə ki, Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Firuz Bayramov adına 22 nömrəli tam orta məktəbində çalışan 22 yaşlı Gülnar Balarza qızı Əliyeva dünyasını dəyişib.

Bakıda 22 yaşlı müəllimə qəfil öldü – FOTO

Hadisə səhər saat 4-də 3 saylı Sabunçu xəstəxanasında baş verib. Ondan bir gün əvvəl, martın 3-də Gülnar Əliyevanın dərs zamanı halı pisləşib.

Dərhal onun üçün təcili yardım çağırılıb. Həkimlərin köməyilə müəlliməni xəstəxanaya aparıblar. Axşam saatlarında Gülnar Əliyevanın vəziyyəti yaxşılaşıb və evə buraxılıb.

Martın 3-dən 4-nə keçən gecə isə onun halı yenidən pisləşib və 3 saylı Sabunçu Xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq səhər saatlarında onun həyatını xilas etmək olmayıb.

Qeyd edək ki, Gülnar Əliyeva fiziki tərbiyə müəllimi işləyirdi. Gənc kadr olmasına baxmayaraq, məktəbdə onun böyük hörməti olub. Məktəb direktoru Azər Ələkbərov BAKU.WS-ə bildirib ki, Gülnar Əliyeva işinə məsuliyyətli və bacarıqlı müəllimə idi.

“Keçən tədris ilindən məktəbimizdə açıq dərs elan olunmuşdu. Onun üçün də açıq dərs təyin etmişdi. Əvvəlcə həyəcanlı idi. Lakin onun açıq dərsi yüksək səviyyədə keçdi. O, həm də 8 Ə sinifinin sinif rəhbəri idi”, – deyə Azər Ələkbərov bildirib.

Gülnar Əliyeva məktəbdə dəfələrlə yarışlar təşkil edib. Şagirdlər də onun xətrini çox istəyirdi. Məktəbdə onun ölümü ilə bağlı guşə yaradılıb. Onun şagirdləri şagirdlər sevimli müəllimlərinə vida sözlərini yazaraq həmin guşayə qoyublar. Sonradan həmin məktublar Gülnar Əliyevanın atasına verilib.

Qeyd edək ki, Gülnar Əliyeva 5 ay əvvəl ailə qurub. Onun həmişə aşağı təzyiqdən əziyyət çəkdiyi bildirilir.

Xatırladaq ki, Gülnar Əliyevanın ölümü ilə bağlı ilk məlumatı “publika.az” saytı yayıb.

Загрузка...