Ötən ilin dekabrında Mərakeşdə danimarkalı Luiza Vesteraqer Yespersen və norveçli Maren Uelandı qətlə yetirən ekstremistlər əvvəlcə britaniyalı turisti öldürməyi planlaşdırmışdılar.

Oxu.Az-ın xəbərinə görə, bu barədə “Daily Mail” yazır.

İstintaqla müəyyən edilib ki, mərakeşlilər avropalı qurban axtarırdılar və, ilk olaraq, Atlas dağlarında britaniyalıya rast gəliblər. Onu öldürməzdən əvvəl ekstremistlər britaniyalı turistdən hansı dinə sitayiş etdiyini soruşublar. Turist müsəlman olduğunu deyəndə, yaraqlılar onu sərbəst buraxıblar.

Bir saat sonra isə ekstremistlər Yespersen və Uelandla rastlaşıblar və onların başlarını kəsiblər.

Xatırladaq ki, 24 yaşlı Yespersen və 28 yaşlı Uelandın cəsədləri İmlil qəsəbəsi yaxınlığında aşkarlanmışdı. Danimarka hökuməti əmindir ki, qətl hadisəsində İŞİD terrorçularının əli var, belə ki, qızların birinin başının kəsilməsi “Bu Suriyaya görədir! Budur sizin başlarınız, Allahın düşmənləri!” şüarları ilə videoya çəkilib.

Qətllərdə şübhəli bilinən üç nəfər Mərakeş hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.

Загрузка...