Taekvondo üzrə ilk azərbaycanlı dünya çempionu, Azərbaycan Taekvondo Federasiyasının vitse-prezidenti, gömrük polkovniki Niyaməddin Paşayevə yeni vəzifə verilib.

Oxu.Az xəbər verir ki, uzun müddət Sumqayıt Baş Gömrük İdarəsində çalışmış polkovnik “Gömrükçü” İSM-nin kardlar şöbəsinin baş inspektoru vəzifəsinə təyin edilib.

Qeyd edək ki, mərkəzin rəhbəri sərbəst güləş üzrə dünya çempionu Xəzər İsayevdir.

Загрузка...