Teleməkanın ən reytinqli layihəsi “Maşın” şouya start verilib.
Musavat.com xəbər verir ki, “Hind kinosu” adlanan bu dəfəki şouda da 18 məşhur sima maşın uğrunda mübarizəyə başlayıb. İlk olaraq iddialı açıqlamalarla çıxış edən iştirakçılar daha sonra bir-bir studiyaya dəvət olunub.
Beləliklə, 9 kişi iştirakçı sırasında Allahverdi Yolçuyev, Samir Cavadzadə, Ramil Nabran, Ranar Musayev, Sərxan Kərəmoğlu, Mənsur Şərif, Bernardo Xose, Taleh Yüzbəyov, meyxanaçı Oqtay yer alıb.
Aktrisa Aysel Nazim, Dilarə Kazımova, Səmra Rəhimli, Nazilə Səfərli, Mina Hüseyn, Nara, Fidan Axundova, Ruhəngiz Allahverdiyeva, Xəyalə Manaflı qadın iştirakçılar olaraq “Maşın” üzərinə əl qoyublar.
Qeyd edək ki, Murad Dadaşovun aparıcılığı ilə təqdim olunan layihə 22:00-da Atv-də yayımlanmağa başlayır.