Загрузка...

Şirvan şəhərində ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

Oxu.Az “Report”a istinadən xəbər verir ki, şəhər sakini Əbilov Davuda məxsus fərdi yaşayış evində olub.

Yanğın ümumi sahəsi 180 m² olan evin 40 m²-ni əhatə edib.

Hadisə zamanı evdə nəzarətsiz qalan iki azyaşlı – 2013-cü il təvəllüdlü Əbilov Məmmədəli Ramil oğlu və 2015-ci il təvəllüdlü Əbilov Əliheybət Ramil oğlu tüstüdən boğularaq ölüb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin Şirvan Yanğından Mühafizə Xidmətinin 4 yanğınsöndürən avtomaşını və canlı qüvvəsi cəlb edilib. Yanğın lokallaşdırılıb və evin digər hissəsi yanğından mühafizə olunub.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.