ABŞ-da yüzlərlə balıq avtomobil magistralına çıxaraq nəqliyyat vasitələrinin hərəkətinə mane olub.
Oxu.Az xəbər verir ki, balıqların “piyada”lara çevrilməsinə səbəb kimi çayın məcradan çıxması göstərilir.
Axının əks istiqamətində çətinliklə də olsa hərəkət edən balıqlar üzündən sürücülər idarə etdikləri avtomobilləri saxlamalı olublar.