Türkiyəli iş adamı, “EDO Müzik”in sahibi Mustafa Erkin Karaman ötən gün saat 20:00 radələrində silahlı hücuma məruz qalıb.
Minval.info Türkiyə KİV-lərinə istinadən xəbər verir ki, iş adamı İstanbulun Beykoz səmtində maşınında güllələnib. Naməlum şəxs tərəfindən Karamanın lüks maşınına atılan 5 güllədən 2-si ona dəyib.
Məlumata görə, yaralı biznesmen ərazidən uzaqlaşa bilb. O, təcili yardım vasitəsilə Beykoz Dövlət Xəstəxanasına yerləşdirilib. Hadisə yerinə xeyli sayda polis cəlb edilib və araşdırmalara başlanılıb.
Qeyd edək ki, iş adamı Mustafa Erkin Karaman 2012-ci ildə Azərbaycan baş nazirinin sabiq müşaviri Musa Məmmədovun qızı Günel Məmmədova ilə evlənib.