Qüdrət Şükürov “Bakılifttəmir” İB-də istefa məsələsinin həll edildiyi ümumi yığıncağa gəlməyib, belə ki, hazırda Almaniyadadır.
Bildirilir ki, Qüdrət Şükürov ürəyində yaranmış propblemlərlə əlaqədar Almaniyaya müalicəyə yollanıb.
Virtualaz.org-a məlum olduğuna görə, Eldar Əzizovun əmri ilə Q.Şükürovun səlahiyyətlərinin müvəqqəti icrası Bakı ŞİH-in Şəhər təsərrüfatı departamentinin başçısı Xalid Ələkbərova tapşırılıb.
Virtualaz.org-un əməkdaşı ilə söhbətində Xalid Ələkbərov bildirib ki, tezliklə şəhərin lift təsərrüfatında irimiqyaslı dəyişikliklər baş verəcək və bakılılar buna şəxsən şahid olacaqlar.