Загрузка...

Yeni Zelandiyada okean sahilində nəhəng meduza tapılıb.

Oxu.Az xəbər verir ki, bu barədə Fox News məlumat yayıb.

Meduzanı çimərlikdə bir ailə aşkarlayıb. Qumun üzərində olan çəhrayı rəngli nəhəng canlı ara-sıra tərpənirdi.

Sonradan məlum olub ki, bu, dünyada ən böyük meduza sayılan tüklü sianeyadır.

Caynaqlarının uzunluğu 20-36 metrə çatan canlıya toxunmaq insan bədənində təhlükəli sərkiyə səbəb ola bilər.

Okean sahilində nəhəng canlı aşkarlandı - FOTO