Загрузка...

Sentyabrın 15-i Azərbaycanda Bilik Günüdür.

Məktəb illəri hər kəsin həyatında olduğu kimi məşhurların da həyatında unudulmaz bir iz buraxıb.

BAKU.WS-ə açıqlama verən rəqqasə Fatimə Fətəliyeva uşaqlıq xatirələrini danışarkən, ortaya maraqlı və məzəli nüanslar çıxıb:

“Məktəb illəri hər kəsə əziz və doğmadır. Mən sovet dövründə təhsil almışam. Məktəbdə çox dəcəl idim. Elə o vaxtdan rəqs etməyi çox sevirdim. Uşaqlıqdan çox pozitiv qız olmuşam. Camaatın başına oyun gətirirdim. Bizim Sabir adlı bir informatika müəllimimiz var idi. Onun dərsindən əvvəl, tənəffüsdə, pol ağacını sinfin qapısına bağlamışdım. O, içəri girəndə pol ağacı dəydi başına, başı qanadı, özündən getdi. Sabir müəllim rəhmətə gedib. İndi həyatda olsaydı, öldürərdi məni (gülür-red.)”.

Hüseyn Məmmədsalahov
BAKU.WS
Fotolar müəllifindir