Загрузка...

Azərbaycan-İran müştərək müəssisəsi olan “Xəzər” avtomobil zavodu istehsal etdiyi avtomobilləri 2019-cu ildə MDB ölkələrinə ixrac etməyi planlaşdırır.

Oxu.Az xəbər verir ki, bunu “AzerMash” avtomobil şirkətinin rəsmi nümayəndəsi Veronika Allahverdiyeva bildirib.

“Khazar” brendi altında avtomobillər 2018-ci ilin mart aytında istehsal olunmağa başlayıb. Artıq 300-də çox avtomobil istehsal olunub.

Avtomobil zavodu Neftçala sənaye zonasında yerləşir. Zavodun illik gücü 10 min avtomobildir.

Zavodda istehsal olunan bütün avtomobillər Avro-5 standartına uyğundur. Bu il 1,5 min avtomobilin istehsalı nəzərdə tutulur.