Загрузка...

Belçikanın Valloni şəhərində minik avtomobili velosiped yarışı zamanı velosipedçilərlə toqquşub.

Trend-in məlumatına görə, toqquşma nəticəsində azı 20 velosipedçi müxtəlif dərəcəli xəsarətlər alıb.

Toqquşmaya səbəb avtomobilin sürücüsünün velosipedçilərin qarşısında dönmə əməliyyatı yerinə yetirməsi olub.

Velosiped yarışında Belçika, Alamniya və Hollandiya velosipedçiləri iştirak edib.