ATV-də yayınlanan Esra Erolun proqramında duyğusal anlar yaşanıb.
Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, imkansızlıqdan süni mayalanma etdirə bilməyən cütlüklərə kömək edən Esra Erol bu dəfə Şermin və Aytac Erkocu cütlüyünə kömək edib.
Uzun zamandır, süni mayalanma üçün müalicə alan cütlük bugünkü proqramda şad xəbəri Esra Eroldan alıb. Məşhur aparıcı şad xəbəri “Mən sənə 4 həftəlik hamilə olduğunu necə deyim”, söyləyərək açıqlayıb. Böyük şok yaşayan cütlük göz yaşlarını saxlaya bilməyib. Hamilə qadının sevincdən halı pisləşib.