Загрузка...

Avtomobili Dövlət Yol Polisinin cərimə meydançasına aparılan sürücülər onu oradan götürmək üçün xeyli vaxt itirməklə lazımsız və yersiz əziyyət çəkirdilər. Yol Patrul Xidməti haqqında təlimata edilən dəyişiklik bu işi bir qədər sadələşdirdi.

Axar.az xəbər verir ki, bu sözləri hüquqşünas, yol-nəqliyyat eksperti Ərşad Hüseynov qeyd edib. Ekspert bildirib ki, cərimə meydançasından buraxılış vərəqəsi ləğv edilib.

Belə ki, artıq cərimə meydançasına aparılan avtomobili cərimə ödəndikdən sonra meydançadan götürmək üçün DYP-dən buraxılış vərəqəsi almağa ehtiyac yoxdur.

Əvvəlki qaydalarda bunun üçün DYP-dən avtomobil sahibi buraxılış vərəqəsi götürməli idi. Bundan sonra avtomobili oradan götürmək mümkün olurdu. İndi isə buraxılış vərəqəsi ləğv edildiyinə görə cərimə ödənilməsi barəsində qəbz təqdim edildikdən sonra, avtomobil sərbəst buraxılacaq.