Uşağın anasının evdə olmadığını bilən qonşu kişi zorla evə girməyə çalışıb.
Medianews.az xəbər verir ki, hadisə Türkiyədə baş verib. Qapını aça bilməyən R.Y. pəncərədən uşağı tutmağa çalışıb. Barmaqlıqları qırmağa çalışan adam bunu edə bilməyəcəyini anladıqda uşağı qapını açmasına razı salmağa cəhd edib. Uşaq həmin anları gizli çəkilişlə qeydə alıb. Şübhəli şəxs hal-hazırda axtarışdadır və 4 gündür heç bir iz yoxdur.
Hadisə haqqda məlumat uşağın həmin videonu anasına göstərməsi ilə ortaya çıxıb. Qadın videonu izlədikdən dərhal sonra küçəyə qaçır və qonşusunun hələ də küçədə olduğunu görür. Ananı görən R.Y. hadisə yerindən sürətlə qaçıb yox olur. Ailə polisə müraciət edib şikayət ərizəsi yazır və cinayət işi başlayır.
Medianews.az