Bakıda Böyük Britaniya kraliçası II Yelizavetanın doğum gününə həsr olunmuş tədbir keçirilib.
Axar.az xəbər verir ki, tədbirin girişində Britaniyanın və Azərbaycanın dövlət himnləri səslənib.
Daha sonra çıxış edən Böyük Britaniyanın Azərbaycandakı səfiri Kerol Krofts iki ölkə arasında əməkdaşlıq səviyyəsini yüksək qiymətləndirib.
Tədbirdə iştirak edən Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Ülyahəzrət II Yelizavetanın doğum günü münasibəti ilə kraliçanı və Britaniya xalqını təbrik edib, Krallığa uğurlar arzulayıb.
Azərbaycanla Britaniya arasında bu il ərzində baş verən əsas məqamları əks etdirən videoçarx da mərasimdə nümayiş olunub.