Загрузка...

44 ildən sonra qarşılaşan Türkiyə ilə İran arasında baş tutan matça qonaq komandanın azarkeşləri damğa vurub.

Publika.az xəbər verir ki, “Başakşəhər” stadionunda baş tutan yoldaşlıq görüşünə İrandan gedən yüzlərlə azarkeş milli komandasına dəstək verib.

Tribunada onlar üçün ayrılan yeri dolduran iranlılar rəngli geyimləri və coşğulu davranışları ilə matça gələnləri təəccübləndirib. Qadın azarkeşlərin sayının çoxluğu isə xüsusi diqqət çəkib. Onlar ölkələrindəki ənənələrdən fərqli olaraq Türkiyədə açıq və müasir geyimləri ilə diqqət çəkib.