Загрузка...

Ekspertlər istifadə müddətində sahiblərinə ən az problem yaradan avtomobillərin reytinqini tərtib ediblər.

Axar.az xəbər verir ki, sözügedən reytinq “iSeeCars” portalında dərc olunub.

Reytinqin birinci pilləsində “Hunday Aksent (Solaris)” avtomobili qərarlaşıb. Bu modelin alıcıları demək olar ki, detalların dəyişdirilməsi və texniki nasazlıqlar səbəbindən heç vaxt narahat olmurlar. İkinci pilləni “Şevrolet Equinoks” avtomobili tutub, üçüncü pillənin sahibi isə “Toyota Korolla” olub.

İlk beşliyə öz növbəsində “Hondan”ın “Civic” və “CR-V” modelləri daxil olublar.

Reytinqin tərtibi zamanı ABŞ-da fəaliyyət göstərən geri çağırış şirkətlərinin (istehsalçı istifadəçini şübhəli məhsulun baxış və ya əvəzetməsi üçün dilerə çağırır) məlumatlarına əsaslanılıb.

Reytinqi hazırlayan ekspertlər bu tip şirkətlərin məlumatlarının avtomobil almaq istəyənlərin marka seçimi zamanı köməyinə çatdığını qeyd ediblər.